19 Sentyabr, 2014
“Əfsanələr paytaxtında” poeziya axşamı

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Qəbələ - Azərbaycanın əfsanələr paytaxtı – 2014” layihəsi çərçivəsində poeziya axşamı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qəbələ rayonunun mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, tədbirdə şairlər- Çingiz Əlioğlu, Musa Quliyev, Xəyal Rza, Fərid Hüseyn rayon ictimaiyyəti, poeziya həvəskarları qarşısında çıxış edərək şeirlərini oxuyublar.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Qəbələ Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında xalq mahnısı səsləndirilib.

Günel

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!