19 Sentyabr, 2014
Bakıda ağır qəza - 1 ölü 2 yaralı

Sabunçu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Pirşağa qəsəbəsi ərazisində, şəhər sakini 25 yaşlı Ramin Əsədov “Saipa” markalı avtomobilidə idarəetməni itirərək maşını səkiyə vurub. Hadisə nəticəsində sərnişinlərdən 26 yaşlı Samir Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və digər sərnişin 19 yaşlı Murad xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirlir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!