19 Sentyabr, 2014
“Zaporoje” “Mercedes”lə toqquşdu - İkisi də yandı

Bu gecə Nəsimi rayonunuda Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçəsinin kəsişməsində avtomobil qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən “Zaporoje” markalı avtomobil “Mercedes-Benz”lə toqquşub. “Zaporoje” səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobillər yanmağa başlayıb. Avtomobillərin sürücüləri isə maşından düşərək kənarlaşıblar.

Yanğın FHN-nin Yanğından Mühafizə briqadalarının müdaxiləsi ilə söndürülüb. Lakin hər iki maşın yararsız hala düşüb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!