8 Aprel, 2011
Portuqaliya da belə getdi

Pulsuzluq bu ölkəni də minnətçi saldı

Dünyada artıq 3-cü ildir yaşanan maliyyə böhranı Portuqaliyan da cənginə aldı. Portuqaliya mətbuatı yazır ki, bu ölkənin müvəqqəti hökuməti maliyyə yardımı üçün Avropa Birliyinə müraciət etməyi qərar gəlib.  

Bir neçə ay idi ki, Portuqaliya rəsmiləri reallığı qəbul etməyərək ölkədə ciddi böhran olmadığını və Avropa Birliyindən yardıma ehtiyac olmadığını deyirdilər.

Əhalisi 10,5 milyon nəfər olan Portuqaliya Yunanıstan və İrlandiyadan sonra yardım üçün
Avropa Birliyinə müraciət etmiş üçüncü ölkə oldu

Portuqaliyaya yardım məsələsi Avropa Birliyi maliyyə nazirlərinin Budapeştdə keçirilən görüşündə də əsas mövzulardandır.

İndi Avropa Birliyinin rəsmiləri çalışırlar ki, böhran birliyn böyük ölkələrinə - məsələn İspaniyaya yayılmasın. İspaniyanın özü də iqtisadi sahədə, xüsusən bank sektorunda geniş islahatlara başlayıb ki, dərin böhran təhlükəsindən uzaq olsun.

Portuqaliya hökuməti iki həftə əvvəl istefaya gedib.

Baş nazir Xose Sokratesin büdcə kəsirini azaltmaq üçün təklif etdiyi tədbirlər parlamentdə etirazla qarşılanıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!