19 Sentyabr, 2014
“Şotlandiyanın müstəqilliyi genişləndiriləcək” – Devid Kameron

Böyük Britaniyanın baş naziri Devid Kameron Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumun ilkin nəticələri elan olunan kimi şotlandlara müraciət edib.

Simsar.az-ın məlumatına görə, müraciətində şotlandlarla inlgilislərin uzun illər bir yerdə yaşadığına toxunan D. Kameron deyib ki, şotland xalqının Britaniya tərkibində müstəqilliyi genişləndiriləcək.

D. Kameron bildirib ki, dövlət konstitusiyadan irəli gələn bütün tələblər yetiriləcək.

Qeyd edək ki, ötən gün Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib. İlkin nəticələrə görə, əhalinin yarısından çoxu Böyük Britaniyadan çıxmasına “yox” deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!