19 Sentyabr, 2014
Ceyhun Bayramov: “Müasir texnologiyalı təhsil sistemi yaradılmalıdır”

Bakı şəhəri 23 saylı tam orta məktəbdə bu gün “ Ağıllı tədris otağı” layihəsi  çərçivəsində İKT avadanlığı ilə ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.

Simsar.az xəbər verir ki, mərasimdə  Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in və Koreyanın “SK Telekom” şirkətinin nümayəndələri iştirak ediblər.

23 saylı tam orta məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor 1 desktop server və 1 noutbukla təchiz olunub.

Ağıllı tədris otağında dərs deyən müəllimlər “Microsoft Azərbaycan” şirkətinin “1 şagird: 1 komputer” modeli üzrə təlimdən keçib.

“Microsoft Azərbaycan” şirkəti layihə çərçivəsində təqdim olunana avadanlığın müvafiq proqramlar ilə təmin edib. Bununla yanaşı Təhsil Nazirliyi təqim olunmuş elektrn vesriya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramova mərasim iştirakçılarını salamayaraq, Nazirlik adından layihəni ölkədə reallaşdıran “SK Telekom” şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü bildirirb.

Ceyhun Bayramov deyib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!