19 Sentyabr, 2014
Livanın erməni apostolu Qarabağda kənd saldı - FOTO

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdikləri məskunlaşma proqrammı çərçivəsində yeni kənd salıblar.

Simsar.az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsindəki “Martakert rayonu” adlı səhifədə yeni kəndin fotosu yayımlanıb. Ermənilər kəndin Livanda yerləşən erməni Kilikiya Apostolunun və Dağlıq Qarabağdakı separatçı rejimin təşəbbüsü ilə salındığı bildirilib.

Ağdərə rayonu ərazisində inşa olunmuş Yeni Kilikiya adlı kənddə inşaat işlərinin tamamlandığı da bildirilib.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!