19 Sentyabr, 2014
Azərbaycan UEFA reytinqində irəlilədi

UEFA-nın yeni əmsallar cədvəli bəlli olub. Simsar.az xəbər verir ki, açıqlanan siyahıda Azərbaycan 29-cu pilləyə yüksəlib. Buna  ölkəmizin Avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın uğurlu çıxışı  səbəb olub. Fransanın “Sent-Etyen” klubu ilə əldə olunan heç-heçə Azərbaycanın aktivinə 0.250 xal əlavə olunması ilə nəticələnib. Bununla da, xallarının sayını 11.500-ə çatdıran Azərbaycan Slovakiyanı arxada qoyub. Bu irəliləyişdə Slovakiya təmsilçisi “Slovan”ın “Yanq Boyz”a uduzması da rol oynayıb.

Siyahıdakı qonşularımız:

26. Norveç – 14.375

27. Serbiya – 13.625

28. Sloveniya – 13.125

29. AZƏRBAYCAN – 11.500

30. Slovakiya – 11.250

31. Macarıstan – 11.000

İlk 10-luq:

1. İspaniya – 84.142

2. İngiltərə - 70.820

3. Almaniya – 67.415

4. İtaliya – 55.676

5. Portuqaliya – 55.549

6. Rusiya – 44.998

7. Fransa – 44.583

8. Ukrayna – 37.666

9. Hollandiya – 37.312

10. Belçika – 31.000

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!