19 Sentyabr, 2014
Tur paytaxt derbisi ilə start götürür

Bu gün Topaz Premyer Liqasında 6-cı tura start veriləcək. Simsar.az xəbər verir ki, ilk oyun günü paytaxt derbisi ilə yadda qalacaq. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” “Bakı”nı qəbul edəcək. Hazırda çətin günlərini yaşayan “zolaqlılar” uğurlu nəticə ilə köhnə günləri qaytarmaq niyyətindədirlər. Meydan sahibləri isə 3 xal qazanıb zirvəni ələ keçirməyə çalışacaqlar.

 

Topaz Premyer Liqası

VI tur

19 sentyabr

19:00. “İnter” – “Bakı”

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.

Bakı. “İnter Arena” stadionu

Vüsal Məmmədzadə

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!