19 Sentyabr, 2014
Poroşenko Baydenlə görüşdü - Hərbi yardım yenə gündəmdə

Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb.

Simsar.az Ukrayna prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Petro Poroşenko ABŞ Administrasiyasının Ukraynada vəziyyətin sülh yolu ilə həllinin tapılmasına yönəlmiş daimi diqqətə görə Cozef Baydenə minnətdarlığını bildirib.

Tərəflər hadisələrə çevik reaksiya vermək üçün daha da fəal siyasi dialoqun dəstəklənməsinin vacibliyini bildiriblər. Həmçinin, energetika sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi və qış dövrü ərəfəsində ABŞ-ın Ukraynada müdafiə sahəsində əlavə maliyyə yardımının ayrılması məsələlələri müzakirə olunub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!