19 Sentyabr, 2014
ABŞ Suriyadakı müxaliflərə yardıma başladı

ABŞ prezidenti Barak Obama Senatda səsçoxluğu ilə qəbul edilən Suriya müxalifətçilərinə yardım kampaniyasının, Amerikan xalqının terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) ilə mücadilədə birlik içində olduğunun göstəricisi kimi dəyərləndirib.

Simsar.az-ın məlumatına görə, yardım kampaniyası 78 səslə qəbul edilib. Senatda çıxış edən Demokratlar və Respublikaçıların əksəriyyəti, İŞİD-lə mübarizənin yolunun Suriyalı müxalifətçilərə yardımdan keçdiyini düşündüklərini dilə gətiriblər.

Suriyalı müxaliftçilərə hərbi təlim keçiriləcək

B. Obama İŞİD silahlılarını geri oturtmaları üçün Suriyalı müxalifətçilərə təlim və hərbi yardım veriləcəyini deyib. ABŞ prezidenti Suriya müxalifətçilərinin eyni zamanda həm İŞİD, həm də Bəşər Əsəd rejimi ilə vuruşduğunu xatırladaraq, “Onlara təlim və hərbi avadanlıq verərək güclənmələrinə və Suriya içində mübarizə aparmalarına yardım edəcəyini” deyib.

Fransa da İŞİD-i havadan vuracaq

İŞİD-in gücünün zəiflədilməsi və yox edilməsi məqsədi ilə geniş beynəlxalq koalisiya qurulmasını davam etdirdiklərini deyən Obama, ABŞ-ın ən köhnə və yaxın müttəfiqi olan Fransanın hava hücumlarına dəstək verəcəyini bildirib. Obama bundan başqa, ərəb ölkələri daxil olmaqla 40-dan çox ölkənin İraq ordusunun və hökumətinin dəstəklənməsi və humanitar yardım kimi yollarla koalisiyaya dəstək olacağını da dilə gətirib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!