8 Aprel, 2011
Səfər Əbiyev İşık Koşanerlə nəyi müzakirə edib

Ankaradakı görüşün təfərruatları açıqlanmır

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında olub.

Bu barədə APA Baş Qərargahın saytına istinadən məlumat verib.

S. Əbiyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşaner tərəfindən qəbul edilib. Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!