19 Sentyabr, 2014
İŞİD 21 kəndi ələ keçirdi-İnsanlar Türkiyəyə sığındı

“İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşma   Suriyanın Telabyadla Kobani bölgəsi arasındakı 21 kəndi tutub.

Simsar.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD silahlıları hökumət qüvvələri arasında gedən şiddətli döyüşlərdən xilas olmağa çalışan 3 minə yaxın suriyalı isə qaçaraq Türkiyə sərhəddinə sığınıblar.

Aralarında qadın və uşaqların da olduğu insanları qorumaq üçün sərhəddə zirehli maşınlarla müdafiə tədbirləri görüblər.

Döyüşlərin daha şiddətli olduğu kəndlərdən traktor və ya piyada qaçan kəndlilər isə Suruçun Dikmetaş kəndi yaxınlarındakı sərhəd xəttinə toplaşıblar. Türkiyə hərbçiləri suriyalı qaçqınlara yemək və su paylayırlar.

Türkiyəyə qanunsuz keçmək istəyənlərin qarşısı isə sərhədçilər tərəfindən alınıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!