19 Sentyabr, 2014
Qurban Qurbanovdan oyun açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında "Sent-Entyen"ə qarşı keçirilən oyunu şərh edib.

Simsar.az-ın məlumatına görə, Qurban Qurbanov yetirmələrinin oyunundan razı qaldığını bildirib.

"Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı".

Azarkeşlərə minnətdarlıq edən təcrübəli mütəxəssis nəticədən razı qalıb:

"Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!