19 Sentyabr, 2014
Ukrayna 3-cü Minsk görüşünə hazırlaşır

Bu gün Minskdə Ukrayna və Novorossiya rəsmilərinin üçüncü görüşü keçiriləcək.

Simsar.az-ın məlumatına görə, tərəflər görüşdə ilk növbədə Donetsk vilayətinə verilən xüsusi status haqqında qanunun perspektivlərini müzakirə ediləcək.

Ukrayna Ali Radasının qəbul etdiyi sənədlər paketində separatçılar üçün amnistiya, həmçinin rus dilindən istifadəyə icazə nəzərdə tutur. Amma qarşı tərəf onlara təklif edilən statusla razı deyil. Onlar Kiyevdən tam müstəqillik istəyirlər.

Qeyd edək ki, münaqişə tərəfləri arasında danışıqların birinci raundu sentyabrın 1-də olub. Tərəflər arasında ikinci görüş sentyabrın 5-də olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!