18 Sentyabr, 2014
“Qarabağ” – “Sent-Etyen” – 0:0

Sentyabrın 18-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası ilk oyununu keçirib.

Simsar.az xəbər verir ki, komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın “Sent-Etyen” kollektivini qəbul edib.

Şotlandiyalı baş hakim Stiven Maklinin idarə etdiyi oyun Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçib.

Görüşün ilk hissəsində “Qarabağ”ın futbolçuları dəfələrlə rəqib qapısına zərbə endirsə də, “Sent-Etyen”in qapıçısı Stefan Ryüffe dəqiq oynayıb.

Görüşün 64 və 67-ci dəqiqələrində “Sent-Etyen”in futbolçuları Ceremi Klemen və Maks-Alen Qradel sarı vərəqə ilə cəzalandırılıblar.

Sürətli oyun nümayiş etdirən Ağdam təmsilçisi hesabı açmağa yaxın olsa da, qapı tiri dəfələrlə “Sent-Etyen”i real qoldan xilas etdi. Beləliklə, oyunda hesab açılmayıb və komandalar hərəyə 1 xal qazanıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!