18 Sentyabr, 2014
Tolikin vəkilindən qarşı tərəfə sərt ismarıc - GECƏ AÇIQLAMASI

Simsar.az xəbər verir ki, müğənni Natavan Həbibinin vəkili Fərid Həsənovun media açıqlamasında "Tolik, 3 il həbs olunacaq" sözlərinə qarşı tərəfdən daha tutarlı cavab gəldi.

Ölkənin əsas prodüserinin vəkili Rövşən Mərəndskiy gecə açıqlamasında Natavanın adından çıxış edən həmkarına belə səsləndi : "Mən başa düşə bilmirəm Fərid Həsənov məhkəmədir,  yoxsa hakim?

O,  AR Cinayət Məcəlləsinin 306-cı maddəsini əsas gətirərək açıqlama verib. Onun və oxucularınızın diqqətinə çatdırmaq istəyirəm ki, bu maddə mülki proseslərə o zaman aid edilir ki, qətnamə ilk öncə qüvvəyə minməlidir. Əgər cavabdeh qətnamənin icrasından qərəzli surətdə boyun qaçırırsa, bu halda inzibati məsuliyyət yaranır (xəbərdarlıq və ya cərimə).

Daha sonra yenə də boyun qaçırarsa, cinayət işi açılır, məhkəmə prosesi keçirilir. Və məsuliyyət növünü hakim seçir.  Məhkəmə qətnaməni ötən gün elan edib. Biz onun surətini bir neçə gündən sonra əldə edəcəyik.

Və saytınıza verdiyim müsahibədə də demişəm ki, Tolikin adından apellyasiya şikayəti verəcəyik.

Qətnamənin surəti hələ 10-15 gündən sonra bizə təqdim olunacaq. Ötən gün oxunan qətnamə heç də yekun qərar deyil. Həmkarım Fərid Həsənova səslənirəm ki, vaxtından əvvəl gurultulu açıqlamalarla oxucu kütləsini çaşdırmasın.

Qətnamənin icrasından danışmağın heç yeri yoxdur.  Çünki hələ bilmirik ki, ədalətli Apellyasiya Məhkəməsi hansı qərarı qəbul edəcək.

Mən sona qədər hüquqlarını müdafiə etdiyim Tarix Əliyevin düzgün olduğunu sübuta yetirməyə çalışacağam".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!