18 Sentyabr, 2014
İŞİD daha bir jurnalistin videosunu yaydı

İŞİD silahlıları daha bir britaniyalı jurnalistin girov saxlanıldığı ilə bağlı videosunu yayımlayıb.

ANS TV-nin məlumatına görə, jurnalist 2012-ci ildə Suriyada girov götürülüb. Girov götürülən jurnalistin adı isə Con Kantlidir. Jurnalist Con Kantli bir neçə həftə əvvəl İŞİD tərəfindən qətlə yetirilən Jeyms Foley ilə birgə girov götürülüb.

Girov Con Kantli yayımlanan videoda deyib ki, Qərb mətbuatı İŞİD-i fərqli bir şəkildə təqdim etdikcə onlar bizi öldürəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!