18 Sentyabr, 2014
Poroşenko kömək istədi

Ukrayna prezidenti Pyort Poroşenko ABŞ-dan təcili hərbi dəstəyin verilməsini xahiş edib.

Simsar.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

ABŞ konqresində çıxış edən Poroşenko bildirib ki, rəsmi Vaşinqton təcili olaraq Ukraynaya daha çox hərbi təchizat göndərməlidir.

Qeyd edək ki, Poroşenko Amerika Birləşmiş Dövlətlərində rəsmi səfərdədir. Ukraynanın şərqində isə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!