18 Sentyabr, 2014
Məktəbə silahlı hücum: 15 ölü

 

Nigeriyanın şimalında silahlı şəxslər məktəbə hücum edib.

Simsar.az-ın məlumatına görə, silahlı şəxslər müəllim və tələbələrə atəş açıb və partlayış törədiblər.

Hadisə nətcəsində 15 nəfər öldürülüb, 35 nəfər yaralanıb.

Nigeriya polisin məlumatına görə, hücum edənlərdən ikisi hadisə yerində öldürülüb.

Ölkənin ən böyük şəhərlərindən olan Kanoda həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Lakin hökumət silahlı şəxslərin "Boko Haram" terrorçu qruplaşmasının üzvü olmasından şübhələnir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!