18 Sentyabr, 2014
Nuri Sərinləndirici Rusiyada məşhur olan reperlə rekord təzələdi - FOTO-VİDEO

Simsar.Az olaraq məlumat vermişdik ki, Moskvada fəaliyyət göstərən yerli fm dalğalarında tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndiricinin rus dilində ifa etdiyi "Sleva-sprava"

(Sağdan - soldan) və  Ellai təxəllüsü ilə Rusiyada məşhur olan həmyerlimiz, reper Elvin Əliyevlə duet oxuduğu "Yar-yar" mahnıları səsləndirilməkdədir.

Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən Lamiyyə Ələkbərqızı oxucularımızı məlumatlandıraraq bildirdi ki, "Yar-yar" mahnısına çəkilmiş klip tamaşaçılara təqdim olunub.

Bir neçə saat bundan əvvəl Nurinin rəsmi Youtube kanalına yüklənilmiş klipə 3 mindən artıq baxış var.

Simsar.az Nuri və Ellainin  izlənmə rekordu vurmaqda olan klipini oxucularına təqdim edir.

Şahin Cavadsoy

Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!