18 Sentyabr, 2014
“Exit-poll”: Şotlandiya Böyük Britaniyanın tərkibində qalacaq

Şotlandların əksəriyyəti Birləşmiş Krallığın tərkibində yaşamaq istəyir.

Simsar.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “İpsos Mori” şirkətinin “London Evening Standart” qəzeti üçün keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

Nəticələrə əsasən, referendumda iştirak edən şotlandların 53 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verib. Şotlandiyanın müstəqilliyini isə seçicilərin 47 faizi dəstəkləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!