18 Sentyabr, 2014
"Qarabağ" oyunu öncəsi "qara bazar" - VİDEO

“Qarabağ” - “Sent-Etyen” matçı öncəsi “qara bazar”ın fəaliyyəti yenidən gündəmə gəlib. Artıq matça 20 mindən çox bilet satılsa da, biletlərin bir hissəsi işbazların əlində cəmləşdiyindən bu heç də real tamaşaçı sayını əks etdirmir.

ANS TV-nin məlumatına görə, “Qarabağ” klubu işbazların qarşısını almaq üçün müəyyən tədbirlər görsə də, məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilsə də, kassalar önündə mühafizəçilər təyin edilsə də, stadionun qarşısında şıdırğı alverin şahidi olduq.

Elə kassa ətrafinda azarkeşlər də bu mənzərədən narazı idi.

Hər halda azarkeşliklə bağlı bir çox klublarımızın böhran keçirdiyi bir vaxtda, ayrı-ayrı şəxslərin öz xeyirlərini güdməsi böyük fanat ordusunu futboldan küsdürə bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!