18 Sentyabr, 2014
Elman Abdullayev səfir təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qeyd edək ki, Elman Abdullayev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!