18 Sentyabr, 2014
Rusiyada jurnalistlərə qarşı vəhşilik – Müxbirlər döyüldü

Rusiyada Ukrayna əsgərləri ilə bağlı xəbər hazırlayan BBC müxbirləri hücuma məruz qalıb.

Simsar.az-ın məlumatına görə, Ukraynanın şərqində davam edən gərginliyi işıqlandırmaq, Ukraynada öldürülən əsgərlərlə bağlı xəbər hazırlamaq üçün Rusiyaya gedən BBC müxbirləri döyülüb. Hücum edənlərin kimliyi isə məlum deyil.

Bununla bağlı BBC-nin verdiyi açıqlamada bildirilib ki, müxbirlər Həştərxanda işləyərkən kimliyi bilinməyən insanlar tərəfindən hücuma məruz qalıblar. Jurnalistlər vəhşicəsinə döyülüb, kameraları sındırılıb və əllərindən alınıb.

BBC nümayəndəsi Ceymis Hardi döyülən müxbirlərin vəziyyətinin yaxşı olduğunu, operatorun hələ də müalicə aldığını deyib. BBC bu hadisəni, “Jurnalistlərin xəbər hazırlamasını əngəlləmək üçün atılan addım” olaraq qiymətləndirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!