18 Sentyabr, 2014
Gizli pərəstişkarı müğənni Xatunu belə təəccübləndirdi - ÖZƏL - FOTO

Simsar.az əməkdaşı olaraq bir neçə dəqiqə bundan əvvəl şəhər restoranlarının birində baş verən maraqlı hadisəni oxucularımıza çatdırırıq.

Sevilən müğənni Xatun yaradıcılıq yeniliklərindən danışırdı ki, məkana böyük gül səbəti gətirildi.

Masa arxasında bizimlə birlikdə olan tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızı da təəccübləndiyindən  gülləri gətirən salonun əməkdaşdan səbəbkarın kimliyini soruşdu.

Bir neçə dəqiqə davam edən söhbətdən sonra öyrəndik ki, güllər Xatunun gizli pərəstişkarı tərəfindən göndərilib.

Xatun Lamiyyə ilə birlikdə foto kameramız qarşısına keçib şəkillər çəkdirməyə razı olsa da həmin şəxsin adını açıqlamaq istəmədi.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!