18 Sentyabr, 2014
Ukraynada daha bir “xalq respublikası” elan edildi

Ukraynanın cənub-şərqində gərginlik hələ də qalmaqdadır.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, ATƏT-in Xüsusi Monitorinq Missiyasından bildirilib ki, Luqansk vilayətinin separatçı Starobelski rayonunun rəhbərliyi ilə görüş keçirilib.

Bölgə rəhbərliyi ATƏT missiyasının diqqətinə çatıdırıb ki, artıq sentyabrın 14-də bölgədə “Staxanovski Respublikası” adlı qondarma qurum elan edilib.

ATƏT mövcud vəziyyətlə bağlı rəsmi Kiyevi məlumatlandırıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!