18 Sentyabr, 2014
İrimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimin növbəti mərhələsi çərçivəsində isə döyüş texnikasının və qoşunların müdafiə olunan düşmən üzərinə hücuma keçməsi, daimi və qarşılıqlı əlaqə, bölmələrin əsas istiqamətdə, vaxtında cəmləşməsi və atəşin hərəkətlə uyğunlaşdırılması üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!