18 Sentyabr, 2014
Qolsuz yekun

Bu gün 19 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Simsar.az xəbər verir ki, Bakıda keçirilən yarışın son turunda Azərbaycan millisi Kiprlə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb. Beləliklə, Patrisiya Qonsalesin yetirmələri seçmə mərhələni qol vurmadan yekunlaşdırıblar.

Qrupun digər matçında isə Danimarka Ukraynadan üstün olub. Avropa çempionatının elit mərhələsinə Danimarka lider, Ukrayna isə 2-ci pillənin sahibi kimi yüksəlib.

 

Ukrayna – Danimarka – 1:4

Qollar: Kozırenko, 2 (penalti) – Şioldan, 45+2; Madsen, 52; Sara Andersen, 79; Arnqrimsen, 90+3

Hakim: Qraziella Pirriatore (İtaliya)

“Dalğa Arena”

 

AZƏRBAYCAN – Kipr – 0:0

Hakim: Dezire Qrundbaxer (İsveçrə)

Bayıl stadionu

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!