18 Sentyabr, 2014
Azərbaycanlı dünya çempionu həlak oldu - FOTO

Boks üzrə dəfələrlə dünya çempionu olmuş Mirqasım İsayev yol-nəqliyyat qəzasında həlak olub.

Milli.Az bildirir ki, Rusiya Azərbaycanlı Gənclərinin Təşkilatının (AMOR) Kaluqa şəhərindəki şöbəsinin banilərindən biri, "AMOR-Kaluqa" futbol komandasının qapıçısı, məşqçi, 26 yaşlı M.İsayevlə vida mərasimi dünən keçirilib.

İki övlad atası doğma yurdunda, İmişli rayonunda dəfn ediləcək.

AMOR M.İsayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!