18 Sentyabr, 2014
“Müsavatın qurultayının nəticəsini gözləyirik” – AXCP-dən AÇIQLAMA

“AXCP Müsavat Partiyası ilə ikitərəfli əməkdaşlıq məsələsinə Müsavatın qurultayından sonra baxacaq”.

Bunu Simsar.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

O bildirib ki, AXCP Müsavat Partiyasının başqanı vəzifəsində keçiriləcək seçkilərin nəticəsini gözləyir.

F. Qəhrəmanlının sözlərinə görə, Müsavatla münasibətlərin əməkdaşlıq səviyyəsində bərpa ediləcəyinə dair indidən fikir söyləmək məqsədəuyğun deyil: “İndidən nə isə demək olmaz. Müsavat başqanlığına seçki keçirilsin, nəticələr dəqiq bilinsin və bundan sonra bu məsələyə münasibət bildirəcəyik”.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!