18 Sentyabr, 2014
ABŞ o siyahını açıqladı – Türkiyə varmı?

ABŞ, İŞİD-ə qarşı qurduğu koalisiya güclərinin içərisində Türkiyənin açar rolu oynayacağını gözləyirdi. Amma son baş verən hadisələrdən sonra ABŞ-ın Türkiyə xülyasına qıfıl vuruldu.

ABŞ İŞİD-ə qarşı mübarizə aparacaq güclərinin siyahısını açıqlayıb. Türkiyənin isə bu siyahıda adı yoxdur.

“İŞİD-ə qarşı mübarizə, İraq ilə Suriya xalqına yardım üçün beynəlxalq  hərəkat” başlıqlı siyahıda bu ölkələr yer alıb:

Albaniya, Ərəb Liqası, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İraq, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Lüksenburq, Hollandiya, Yeni Zellendiya, Norveç, Oman və Qətər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!