18 Sentyabr, 2014
Bakıda avtobusla yük maşını toqquşdu: Ölən və yaralananlar var - FOTO

Bakı dairəvi yolunda növbəti ağır qəza baş verib.

Hadisə yerində olan Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, "Sədərək" yarmarkası istiqamətində irəliləyən sərnişin avtobusu əks tərəfdən gələn yük maşını ilə toqquşub. Ölən və yaralananlar var.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və onlar yaralıları xəstəxanaya daşıyıblar. Yol bağlanıb.

Qəzanın hansı sürücünün günahı üzündən törənməsi yol polisləri tərəfindən araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!