18 Sentyabr, 2014
Proşenkodan Putinə ismarış: “Ümidlərini məhv etdik”

“Ukrayna kəskin gediş edərək, SSRİ-nin bərpa ediləcəyi ümidlərini məhv etdi”.

Simsar.az-ın məlumatına görə, bu açıqlamanı Kanadaya rəsmi səfəri zamanı Ukrayna prezidenti Petr Poroşenko deyib.

P. Poroşenko yeni “soyuq müharibə”nin başlanması imkanlarını da xarakterizə edib.

O bildirib ki, Ukrayna bütün çətinliklərə baxmayaraq, Avropa İttifaqına qəbulla bağlı assosativ sazişi ratifikasiya edib: “Ukrayna xalqı Sovet İttifaqının yaradılmasın imkan vermədi və təzyiqlərə davam gətirdi. Çünki biz Avropa xalqıyıq”.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!