17 Sentyabr, 2014
Xalq artisti vəfat etdi

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, Dəmiryol vağzalının qarşısındakı dayanacaqda naməlum kişi meyiti aşkarlanıb.

Simsar.az-ın məlumatina görə, təxminən 55-60 yaşlarında olan kişinin meyitinin kimliyini müəyyənləşdirmək üçün dayancaqda dayananlar onun üzərindəki mobil telefonu götürüb yaxınlarına zəng vurub. Şahidlərin dediyinə görə, kişi əvvəlcə oturucaqda əyləşib, sonra halsızlaşıb.

Əraziyə cəlb olunmuş polislərin dediyinə görə, artıq meyit məhkəmə-tibbi ekspertizasına göndərilib. Hətta meyitin kimiliyi bəlli olub. O, 1965-ci il təvvəlüdlü xalq artisti adını almış Eldar Axundovdur.

Deyilənin nə dərəcədə doğru olduğunu öyrənmək üçün məhkəmə-tibbi ekspertizasına yollandıq. Elə orda xalq artistinin həyat yoldaşı Natella xanımla görüşdük. Lakin o, müsahibə verməkdən boyun qaçırdı. Eldar Axundovun dünyasının dəyişmə səbəbinə gəlincə, onun xanımı ürək-damar xəstəliyi üzündən sənətkarı itirdiklərini bildirdi. Elə sonuncu dəfə xəstəxanaya müayinə olunmaq üçün gedirmiş.

Məlumunuz olsun ki, Eldar Axundov vaxtilə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona “Xalq Artisti” fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!