17 Sentyabr, 2014
Obama generallarla görüşdü

ABŞ prezidenti İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı ordu rəhbərliyi ilə görüşüb.

Simsar.az-ın məlumatına görə, hərbi rəhbərlik Obamanı terrorçu qruplaşmaya qarşı keçirilən əməliyyatın detalları ilə bağlı məlumatlandırıb.

Pentaqon rəhbəri Çak Heygel də müzakirələrdə iştirak edib. Görüşdə İŞİD-in məhv edilməsi kimi qarşıya qoyulmuş məqsədə nail olunması üçün davam edən səylər müzakirə edilib.

Bu arada ABŞ Konqresi Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən salmağa çalışan müxalifət qüvvələrinin silahlandırılması ilə bağlı səsverməyə hazırlaşır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!