17 Sentyabr, 2014
Məşhur futbolçu qəzada öldü

Kiyevin "Dinamo" futbol klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Andrey Qusin 42 yaşında faciəli şəkildə dünyasını dəyişib.

Simsar.az-ın məlumatına görə, bu barədə “Dinamo” klubunun mətbuat xidməti bildirb. Furbolçu “Çayka” avtodromunda motosikletlə qəzaya uğrayıb.

A.Qusin “Dinamo” 7 dəfə Ukraynanın çempionu, 4 dəfə isə Ukraynanın kubokunun qalibi olub. UEFA çempionlarının liqasının yarımfinalında çıxış edən futbolçu milli komandada 10-dan çox oyunda iştirak edib. Ukraynanın aparıcı oyunçusu 2006-cı il dünya çempionatında da uğurla çıxış edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!