17 Sentyabr, 2014
Nazir dördüncü mobil operatordan danışdı

“Dördüncü mobil operatorun Naxçıvan Muxtar Respublikasında lisenziya alıb və orada fəaliyyət göstərməsi bazardakı qiymətlərə elə də böyük təsiri göstərməyəcək”.

Simsar.az-ın məlumatına görə bu fikri Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda yeni operator digər üç operatorla rominq müqavilələri imzalayır: “İmzalanmadan sonra respublika üzrə digər mobil operatorların təklif etdiyi xidmətlərin qiymət və keyfiyyətinə müsbət təsir edəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!