17 Sentyabr, 2014
"Statusun artırılması konfliktin həlli deyil”

Donbasın xüsusi statusuna dair qanun konfliktin dondurulmasına doğru atılmış addımdır və Ukrayna münaqişəsinin siyasi həllini yaxşılaşdırmayacaq.

Simsar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ədalətli Rusiya Partiyası sədrinin birinci müavini Mixail Yemelyanov jurnalistlərə müsahibəsində bildirib.

“Hesab edirik ki, bu qanunların qəbul edilməsi Ukrayna konfliktinin siyasi həllini yaxınlaşdırmır, çünki Donbas əhalisinin böyük əksəriyyətinin maraqlarına cavab vermir”, - deyə Yemelyanov bildirib.

Siyasətçinin fikrincə, bununla bərabər bu qanun münaqişəni siyasi müstəviyə ötürməklə onun dondurulmasına doğru atılmış addımdır.

“Bu qanunların qəbul edilməsi qarşılıqlı münasibətlər üçün, o cümlədən,  Dövlət Duması ilə tanınmamış iki respublikanın hökumət orqanları arasında əlaqələrin yaranması üçün əlavə imkanlar açır”, – deputat bildirib.

Xatırladaq ki, Ukrayna parlamenti sentyabrın 16-da Donbasın bir sıra rayonlarında yerli hakimiyyət orqanlarının xüsusi səlahiyyətləri və bərpaedici tədbirlər haqqında qanun qəbul edib. Bundan başqa burada istənilən dildən istifadə azadlığına zəmanət veriləcəyi və Rusiya ilə transsərhəd əməkdaşlığının genişləndiriləcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!