17 Sentyabr, 2014
Qələbə üçün hər şey hazırdır - FOTOLAR

AFFA-nın və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü tam yenilənib.

Simsar.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi arena Avropa Liqasının qrup mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçını qəbul etməyə tam hazırdır.

Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" oyunu sabah, saat 21:00-da başlayacaq.

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!