17 Sentyabr, 2014
"Qarabağ"la oyunda qələbə qazansaq..."

Avropa Liqasının qrup mərhələsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubunun futbolçusu Conatan Brizon oyunöncəsi fikirlərini bölüşüb.

Simsar.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan 31 yaşlı futbolçu "Qarabağ"la oyunda qeydə alınacaq heç-heçənin onlar üçün pis nəticə olmayacağını bildirib:

"Azərbaycan bizə tanış ölkə deyil. Bakıya şübhə ilə gedirik. "Qarabağ"la oyunumuz "Karabükspor"la görüşdən fərqlənməyəcək. Oynayacağımız yer və stadion haqda məlumatımız yoxdur. Bu, bizim üçün qeyri-müəyyəndir. Meydançanın vəziyyətinin də hansı səviyyədə olduğunu bilmirik. Ancaq meydançaya uyğunlaşmaq üçün bir qədər vaxtımız olacaq. Qələbə və ya heç-heçə üçün oynayacağımız da bəlli deyil. Ancaq ilk baxışda heç-heçə pis nəticə olmaz. Əgər qələbə qazansaq, bu, bizim üstün olduğumuzu göstərəcək".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent-Etyen" oyunu sabah, saat 21:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!