17 Sentyabr, 2014
Əhməd Davudoğludan əsgər ailəsinə sürpriz - Foto

Baş nazir Əhməd Davudoğlu Şimali Kipr Türk Respublikasındakı (ŞKTR) Türkiyə Sülhməramlı Qüvvələri Komandanlığını ziyarət etdiyi zaman maraq doğuran jest edib.

Simsar.az Ə. Davudoğlunun rəsmi sayıtına istinadən xəbər verir ki, ŞKTR-da görüşləri zamanı Türkiyə Sülhməramlı Qüvvələri Komandanlığında hərbçiləri ziyarət edib. Baş nazir burada “Xatirə Kitabı”nı yazıb.

Daha sonra baş nazir Əli Aslan adlı əsgərlə söhbət edib. Söhbət zamanı Ə. Davudoğlu gözlənilmədən əsgərin ailəsinə telefonla zəng edərək, övladlarının yanından onlarla danışdığını deyib. Baş nazirin bu addımı əsgərin ailəsi üçün sürpriz olub.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!