17 Sentyabr, 2014
Prezident sarayının həyətinə qumbara atdılar - UKRAYNADA

Ali Radanın qərarı Kiyevi qarışdırdı. Ukrayna hökumətinin Donbassda sülhün əldə olunması ilə bağlı qərarı Kiyevdə vəziyyətin gərginləşməsinə səbəb olub.

Simsar.az-ın məlumatına görə, ötən gün Ali Radada bununla bağlı  qanun layihəsini təsdiq edilməsi isə prezident Petr Poroşenko əleyhidarlarını və separatçılarla güc yolu ilə danışmağı dəstəkləyənləri fəallaşdırıb. Bu gün səhərdən başlayaraq, paytaxt Kiyevdə prezident iqamətgahının yaxınlığında aksiyalara start verilib.

Mitinqdə Donetsk və Luqansk vilayətlərinə özünüidarəetmə hüququnun verilməsinə dair seçkilərin keçirilməsinə etiraz edilib.

Prezident iqamətgahının həyətinə səsli qumbaralar atan aksiya iştirakçıları Poroşenkonu Ali Radanın qərarına dəstək verməməyə çağırıblar.

Paytaxtda vəziyyətin getdikcə gərginləşdiyi də bildirilir.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!