16 Sentyabr, 2014
Uorlik Sarkisyanla görüşdü

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Simsar.az-ın məlumatına görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və gələcək perspektivlərini müzakirə ediblər.

Sarksiyan və Uorlik həmçinin Uelsdə Azərbaycan, Ermənistan prezidentləri və ABŞ dövlət katibi Con Kerri arasında keçirilən üçtərəfli görüşü müzakirə ediblər.

Qeyd edək ki, Ceyms Uorlik dünən axşam saatlarında İrəvana gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!