16 Sentyabr, 2014
ABŞ yenidən İraqa qoşun yeridir

ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün İraqa quru qoşunlar göndərə bilər.

Simsar.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Martin Dempsi açıqlama verib.

Onun sözlərinə görə, terrorçulara qarşı mübarizədə ABŞ-ın hərbi müşavirlərinin İraq döyüşçülərini müşayiət etməsinə ehtiyac yaransa, bunu prezident Barak Obamaya tövsiyə edəcək:

“Əgər İŞİD-in hədəflərinə qarşı hücumlar zamanı bizim müşavirlərin İraq əsgərlərini müşayiət etməsinə ehtiyac olacaq bir məqam yetişsə, mən bunu prezidentə tövsiyə edəcəyəm”, deyə general bildirib.

Qeyd edək ki, Barak Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayan zaman Birləşmiş Ştatların əməliyyatları genişləndirəcəyini, lakin ABŞ-ın quruda əməliyyatlar keçirməyəcəyini bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!