16 Sentyabr, 2014
Rusdilli məktəblərdə monitorinq keçiriləcək

Yeni tədris ilində ümumi təhsil sahəsində bir sıra islahatların həyata keçirilməsi qarşıda durur.

Simsar.az xəbər verir ki, Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, Bakı şəhərinin seçilmiş məktəblərində pilot qaydasında məktəbəhazırlıq təhsilinin təşkili, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq edilməsi, rusdilli məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin monitorinqinin aparılması belə tədbirlərdəndir.

Cari dərs ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.

Şagirdlərin ibtidai təhsil səviyyəsindən sonrakı səviyyəyə keçidinin diferensiallaşdırma əsasında aparılması üzrə təkliflərin müəyyənləşdirilməsi,  habelə 12 illik təhsilə keçidlə bağlı müvafiq mexanizmlərin və təşkilati işlərin görülməsi bu tədris ilində reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!