16 Sentyabr, 2014
Sinif yoldaşını qələmlə qətlə yetirdi - Faciə

Qazaxıstanın paytaxtı Astanada məktəbli sinif yoldaşını qələmlə qətlə yetirib.

Simsar.az-ın “Tengrinews”a istinadən verdiyi məlumata görə, hadisə Astananın 76 saylı orta məktəbində baş verib.

Şəhər polis idarəsindən bildirilib ki, 8-ci sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə nəticəsində şagirdlərdən biri digərini qələmlə sinəsindən vurub. Qanaxma nəticəsində xəsarət alan şagird yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!