16 Sentyabr, 2014
“Baku Steel Company”dəki partlayışda sex rəisi öldü

Dünən “Baku Steel Company” MMC-də baş verən partlayış nəticəsində sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Baku Medical Plaza” klinikasına yerləşdiriliblər.

Baş prokurorluqdan Simsar.az-a verilən məlumata görə, rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.

İstintaq tədbirləri davam etdirilir.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!