16 Sentyabr, 2014
Kiyev meri işə velosipedlə getdi - Video

Kiyev meri, boks üzrə dünya çempionu Vitali Kliçko şəhərdə keçirilən velosiped aksiyasına qatılıb.

Simsar.az xəbər verir ki, könüllü olaraq aksiyaya qoşulan Kliçko öz iş yerinə velosipedlə gəlib.

Kliçko evindən meriyanın binasının yerləşdiyi Kiyevin Kretaşik meydanına gəlmək üçün velosipedlə 30 kilometrlik yol qət etməli olub.

Qeyd edək ki, Kiyevdə baş tutan bu aksiyanın keçirilməsinə səbəb  ictimaiyyətin diqqətini ekoloji təmizliyə və sağlamlığa xeyri olan velosiped nəqliyyatına yönəltməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!