16 Sentyabr, 2014
Boksçularımız Astanada

AİBA Pro Boxing (APB) yarışında iştirak edəcək bütün boksçular hazırda Qazaxıstanın paytaxtı Astanada seminardadırlar.

Simsar.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir.

Seminardan başqa boksçular həm də sparinqlərdə iştirak edir, məşq prossesinə qatılırlar.

Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edəcək. Artıq bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacağına aydınlıq gəlib. İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı 91+kq çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi keçiriləcək. APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!